Hoteldə meyiti tapılan şəxs TANINMIŞ HƏKİM imiş
Qusarda meyiti tapılan şəxs həkim imiş.
BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, onun manual terapevt Boris Aleksandroviç Merzlyakov olduğu deyilir.
Qeyd olunur ki, Boris Merzlyakov Azərbaycanda bir sıra özəl xəstəxanalarda çalışıb.
***
Fevral ayının 13-də günorta saat 14 radələrində Qusar rayonu ərazisində fəaliyyət göstərən istirahət mərkəzlərindən birində Ukrayna vətəndaşı, 1957-ci il təvəllüdlü Boris Merzlyakovun cəsədi aşkar edilib.
BAKU.WS Bizim.Media-ya istinadən xəbər verir ki, meyitə baxış keçirilən zaman onun üzərində hər hansı zorakılıq izləri müəyyən edilməyib.
Mərhumun ölümünün dəqiq səbəbi hələlik məlum deyil.
Məlumat üçün bildirək ki, hadisə rayonun Çiləgir kəndində yerləşən "Chateau" hotelində qeydə alınıb.
Xatırladaq ki, 2018-ci ildə millət vəkili Astan Şahverdiyev də məhz adıçəkilən hoteldə ürək çatışmazlığından həyatını itirmişdi. Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Balakəndə ana və oğlunun həlak olduğu qəzada ata da ÖLDÜ - FOTOLARI
Balakən rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan daha bir nəfər ölüb. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində "Toyot...