Deputat Yasamaldakı olaydan danışdı

Deputat Yasamaldakı olaydan danışdı
Hadisə 4773

"Adam gəlir evə və qapını döyür. Bilirsən ki, sənin dalınca gəliblər. Arvad-uşağı oraya niyə çıxarırsan? Özün polis idarəsinə niyə getməmisən? Sənə xəbardarlıq ediblər ki, bölməyə gəl. Sən ailəni niyə sıxıntıya salırsan?"

BAKU.WS xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa “Yeni Müsavat”ın canlı yayımında deyib.

O bildirib ki, polisin də vətəndaşı çılpaq aparması, başına vurulması qanunaziddir:

"Xanıma qarşı münasibət də düzgün deyildi. Xanım bir gün öncə polisə "dovşansan" deyib. Polis də həmin ifadəyə görə sanki cavab verib. Ancaq bu formada vətəndaşa cavab verilməz".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər