Dənizə neft axıdan və bunu çəkərək sosial şəbəkələrdə paylaşan şəxslər müəyyənləşib
“Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin ərazisində dənizə neft axıdılmasını əks etdirən videonun sosial şəbəkələrdə yayılması ilə əlaqədar “Azneft” İstehsalat Birliyi DİN NBPİ-nin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə birgə araşdırma aparılıb.
Daxili İşlər Nazirliyi və Dövlət Neft Şirkətinini mətbuat xidmətlərindən BAKU.WS-ə verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində neft məhsulunu dənizə axıdan və bunu çəkərək sosial şəbəkədə paylaşan şəxslər müəyyən ediliblər. İlkin dindirmə zamanı onlar bu hərəkətlərini etiraf edibnlər.
Dənizə neftin axıdılmasına yol verməklə ətraf mühiti çirkləndirən əməkdaşlar barədə SOCAR tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.
Hazırda DİN NBPİ-nin Su nəqliyyatında Polis İdarəsində müvafiq araşdırmalar aparılır.
Oxşar xəbərlər
Neft buruqlarında FACİƏ: dənizə düşən neftçi öldü
Bu gün səhər saatlarında "28 May" NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi işləyən 1958-ci il təvəllüdlü Əliyev Rasim İbrahim oğlu 262 saylı q...