Dənizdə boğulduğu ehtimal edilən skripkaçı 7 ay sonra SAĞ TAPILDI
15
may
2025
19:33
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan Kənan Qurbanlı tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, itkin kimi axtarışı elan olunan 1997-ci il təvəllüdlü Kənan Vaqif oğlu Qurbanlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tapılıb.
Bu barədə həmin şəxsin ailəsi məlumatlandırılıb.
Qeyd edək ki, onun dənizdə boğulması ehtimal edilirdi. Skripkaçı olan Kənanın həmin vaxtdan harada olması barədə hələlik məlumat verilməyib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...