Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Bakı-bulvarı" dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1968-ci il təvəllüdlü Eminova Nazilə Balaxan qızı dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
13 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən şəxs azadlığa buraxıldı
Şəmkirdə 13 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən şəxs azadlığa buraxılıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Şəmkir şəhə...