Dəmiryolu stansiyasında narkotik satışı ilə məşğul olan qadın saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Suraxanı dəmiryolu stansiyasında narkotik vasitələr satan şəxslər saxlanılıblar.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Suraxanı dəmir yolu stansiyasında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Aynur Zeynallı saxlanılıb.
Onun üzərindən və yaşadığı evdən ümümilikdə 21 büküm satış məqsədilə qablaşdırılan külli miqdarda heroin, marixuana və metamfetamin aşkar edilib.
A.Zeynallı narkotikləri tanışı Zaur adlı şəxsdən aldığını bildirib. Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs, paytaxt sakini Zaur Qurbanov da saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində narkotiklərin satışı ilə məşğul olduğunu və A.Zeynallıya da narkotikləri pul müqabilində verdiyini etiraf edib.
Faktla bağlı Sabunçu Xətt Polis Şöbəsinin İstintaq və Təhqiqat Qrupunda araşdırmalar aparılır.
Oxşar xəbərlər
Əvəz Zeynallı kimlərdən nə qədər pul alıb? - ŞOK FAKTLAR + SİYAHI
“Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və “Səda TV” MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun cinayət işi üzrə ittihamlar məlum o...