"Dəlisov Maks" filminin ulduzu vəfat edib
Yeniliklərdən dərhal xəbərdar olun
İsveçli atlet və "Dəlisov Maks" filminin ulduzu Kyel Nilsson 76 yaşında vəfat edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.
Aktyorun nümayəndəsinin sözlərinə görə, Nilsson son dörd ildə böyrək xəstəliyindən əziyyət çəkirdi. O, Avstraliyanın Kvinslend ştatında, ailəsinin əhatəsində dünyasını dəyişib.
Aktyor 1981-ci ildə ekranlara çıxan "Dəlisov Maks 2: Yol döyüşçüsü" filmindəki talançılar dəstəsinin amansız lideri Lord Humunqus obrazı ilə məşhurlaşıb.
Nilsson daha sonra "Piratlar" (1982), "Söz adamı" (1984) və "Hakimiyyətin astanasında" (1987) filmlərində də rol alıb. Lakin ona ən böyük şöhrəti məhz Lord Humunqus obrazı qazandırıb. Bu obraz bu gün də həmin franşizanın ən yaddaqalan mənfi qəhrəmanlarından biri hesab olunur.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...