Dələduzluqda təqsirləndirilən tanınmış vəkilin məhkəməsi başladı

Dələduzluqda təqsirləndirilən tanınmış vəkilin məhkəməsi başladı
Hadisə 182

Bakı Ağır Cinayətlər Məhkəməsində uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş və hazırda külli miqdarda dələduzluqda təqsirləndirilən Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BAKU.WS Trend-ə istinadla xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyulun 25-nə təyin edilib.

Qeyd edək ki, Vüqar Səfərli bir neçə vətəndaşın etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq edib. Zərərçəkənlərə dəymiş ziyanın məbləği 200 min manatdan artıqdır.

Vüqar Səfərlinin əməlindən ən çox zərər çəkən isə tanınmış blogger Sabina Katanovadır. O, blogerə 130 min manatdan çox zərər vurub.

Vüqar Səfərli əvvəllər kollegiyanın üzvü olub. O, bir müddət əvvəl kollegiyadan uzaqlaşdırılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər