Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından AZADLIĞA BURAXILDI
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda dələduzluqda təqsirləndirilən Ramil Musazadə məhkəmə zalından azadlığa buraxılıb.
BAKU.WS Report-a istinadla xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
İttihama görə, Musazadə Ramil Ağaddin oğlu Xətai rayonu, N.Salmani küçəsində yerləşən evə saxta sənəd hazırlayaraq Sücaət Həbibzadəyə 91 000 manata satıb.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzuq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaq dövründə R.Musazadənin barəsində polis nəzarəti qətimkan tədbiri seçilmişdi.
Oxşar xəbərlər
Nişanlı qızı çöllükdə oğlanla görüşdürdü, 13 yaşlı bacısını maşında dəfələrlə zorladı, sonra... – Azərbaycanda ŞOK
Sabirabad rayonunda seksual xarakterli hərəkətlər etməkdə və oğurluqda ittiham olunan 1975-ci il təvəllüdlü Mehdi Mehdiyevin (cinayət işi üzrə adı keçən şəxslər...