Dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nəsimi rayonunda 2 nəfər polisə müraciət edərək ümumilikdə 14560 manatlarının dələduzluq yolu ilə ələ keçirilməsini bildiriblər.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən xəbərə görə, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı R.Allahverdizadə və 22 yaşlı P.Seyidmalıyev müəyyən olunaraq saxlanılıblar.
Analoji hadisə Sumqayıt şəhərində də baş verib. Bir nəfərin 3500 manatını dələduzluq yolu ilə ələ keçirən Quba rayon sakini 31 yaşlı A.Qədirov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin okty...