Dələduzluq yolu ilə 21 min manatdan çox pulu ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb
07
fev
2025
14:13
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nizami rayonunda dələduzluq yolu ilə 21 min manatdan çox pulu ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin əlavə gəlir qazanmaq adı ilə aldadılıb 21 min manatdan artıq pul vəsaitinin ələ keçirilməsi məlum olub.
Keçirilən tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı A.Dilicani və 30 yaşlı T.Əliyev müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...