Dələduzlar qızdan görün necə pul almağa çalışdılar - Heç kimin ağlına gəlməzdi...

Dələduzlar qızdan görün necə pul almağa çalışdılar - Heç kimin ağlına gəlməzdi...
Foto
Hadisə 330

Bakıda qadın sosial şəbəkə dələduzlarının hədəfinə çevrilib.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Hadisə atasının mobil telefonunda başlayan prosesdən sonra baş verib. Məlumata görə, qadının atası "TikTok"da sürətli mikrokredit xidməti təklif edən səhifəyə daxil olub və şəxsi məlumatlarını paylaşıb.

Dələduzlar qızdan görün necə pul almağa çalışdılar - Heç kimin ağlına gəlməzdi...

Dələduzlar ondan qeydiyyat üçün üç telefon nömrəsi tələb ediblər. O da qızının, oğlunun və qonşusunun nömrəsi verib. Daha sonra ataya "20 dəqiqə ərzində WhatsApp-a girmə" tapşırığı verilib və təsdiq kodunun gələcəyi bildirilib.

Bu müddətdə isə qadının nömrəsinə atasının "WhatsApp" hesabından mesaj göndərilib və ondan 130 manat pul tələb olunub. Qadın əvvəlcə mesajın atasından gəldiyini zənn etsə də, sonradan dələduzluq faktını anlayıb.

Qeyd edək ki, bu cür hallarda şəxsi məlumatların və telefon nömrələrinin naməlum saytlara verilməsi təhlükəlidir. Belə vəziyyətlər dələduzlara "WhatsApp" hesablarını ələ keçirmək və insanları aldatmaq imkanı yaradır.

Orxan Hüseyn

Son xəbərlər