Dəhşətli qəzada xanımı ilə birgə ölən şəxs Metropoliten əməkdaşı imiş - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Bakı şəhəri Suraxanı rayonunda - Zığ şosesində baş vermiş dəhşətli yol qəzasında həyat yoldaşı ilə birgə vəfat edən Müşfiq Mustafayev Bakı Metropoliteninin əməkdaşı olub.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, Müşfiq Mustafayev xeyli vaxt imiş ki, Metropolitenin təsərrüfat qatarının maşinisti kimi çalışırmış. Hadisə nəticəsində onun 267 saylı orta məktəbdə müəllim işləyən həyat yoldaşı Anargül Mustafayeva da dünyasını dəyişib.
Qeyd edək ki, ötən gün Zığ şosesində “Hyundai” markalı 99 TS 376 dövlət qeydiyyat nişanlı avtomobilin idarəetmədən çıxaraq qəzaya düşməsi nəticəsində ər-arvad hadisə yerində həlak olub.
Qalereya
Oxşar xəbərlər
Zığ şosesindəki qəzada həlak olan şəxslər DYP baş inspektorunun müəllimi və həyat yoldaşı olub
Bu gün Zığ şosesində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan şəxslərin ər-arvad olduqları məlum olub. BAKU.WS-in məlumatına görə, Bakı Şəhər Baş...