Dəhşətli qəzada ölən şəxsin görüntüsü - FOTO

Dəhşətli qəzada ölən şəxsin görüntüsü - FOTO
Hadisə 4430

Dekabrın 30-u günü Bakı-Qazax şosesində ağır yol qəzası ilə bağlı bəzi məqamlara aydınlıq gəlib.

BAKU.WS “milli.az”a istinadən xəbər verir ki, ağır qəza nəticəsində hadisə yerində dünyasın dəyişən şəxsin adı dost-tanışı arasında "Müdir" kimi tanınan Zərquludur.

Xatırladaq ki, hadisə şosenin Qaradağ rayonu ərazisinə düşən hissəsində - Qobustan qəsəbəsi ərazisində qeydə alınıb. 1984-cü il təvəllüdlü Əsədullayev Emin Nadirşah oğlunun idarə etdiyi "VAZ-21014" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan "KamAz" markalı yük maşınına çırpıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü E.Əsədullayev və sərnişin - 1993-cü il təvəllüdlü Şahbabayev Xanbaba Sübhan oğlu ağır bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Avtomobildə olan digər sərnişin (Zərqulu) hadisə yerində ölüb.

Həmin şəxsin FOTOsunu təqdim edirik:

Dəhşətli qəzada ölən şəxsin görüntüsü - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər