Dəhşətli qətl: Keçmiş arvadını və özünü uşaqlarının gözləri önündə öldürdü - YENİLƏNİB - VİDEO

Dəhşətli qətl: Keçmiş arvadını və özünü uşaqlarının gözləri önündə öldürdü - YENİLƏNİB - VİDEO
Video
Hadisə 5886

Bakıda əvvəlcə keçmiş həyat yoldaşını, daha sonra özünü qətlə yetirən 44 yaşlı Rasim Xəlilovun hadisəni hansı şəkildə törətdiyi məlum olub.

“Qafqazinfo”nun əməkdaşları hadisə yerinə gedərək ərazidə olan şahidlərdən məlumat almağa çalışıblar. Adının açıqlanmasını istəməyən şahidlərdən biri bildirib ki, hadisəni 20-30 metr kənardan görüb:

“Uşaqların məktəbdən çıxan vaxtı idi. Ətrafda valideynlər, uşaqlar var idi. İlk silah səsini eşidəndə dərhal həmin tərəfə baxdım. Gördüm ki, yerdə meyit var. Kişi birinci qadını vurub. Daha sonra gördüm ki, kişi silahı “zaryajat” edir. Elə bildim, yanındakı uşağı vurmaq istəyir. Amma gördüm ki, özünü çənəsindən vurub öldürdü. Səhv etmirəmsə, onların uşaqları idi. Qara rəngdə, tüfəngdən bir az balaca silahla vurmuşdu".

Qeyd edək ki, hadisə bu gün Sabunçu rayonunda, Xəlil bəy Xasməmmədov küçəsində baş verib. R.Xəlilov özündən 19 yaş kiçik keçmiş həyat yoldaşını “Vinçester” tipli silahla vurub. Daha sonra özünü qətlə yetirib.

***13.55

Bakıda qətl hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.

Orta yaşlı kişi küçədə qadını, daha sonra da özünü güllələyərək öldürüb. Prokurorluq Bakıda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Sabunçu Rayon Prokurorluğundan BAKU.WS-ə daxil olan məlumatda deyilir:

Aprelin 6-sı Sabunçu rayonu ərazisində 1997-ci il təvəllüdlü Misli Xəlilova və 1978-ci il təvəllüdlü Rasim Xəlilovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla Misli Xəlilovanın keçmiş əri Rasim Xəlilovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı odlu silahla atəş açaraq Misli Xəlilovanı qəsdən öldürməsinə, daha sonra özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər