"Dedi, səni gözləyirik..." - Anasını qarşılamaq istəyən gənc bıçaqlanaraq öldürüldü
04
iyn
2026
08:51
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda qətl hadisəsi baş verib. Hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb.
Belə ki, 32 yaşlı Urfan Baxışovun mübahisə zəminində tanışı tərəfindən qətlə yetirildiyi bildirilir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Mərhumun anası baş verənləri Baku TV-yə belə şərh edib:
"Mənə zəng etdi. Dedi ki: "Ana, haradasan?". Dedim ki: "İşdəyəm, gəlirəm". Dedi: "Ana, Natiqlə oturmuşuq çöldə, səni gözləyirik". Bir də qonşular zəng etdi ki, Urfanı Natiq bıçaqlayıb. Çatan kimi atası dedi ki, ölüb".
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...