Daşkəsənə güclü qar yağdı, işıqlar söndü - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Daşkəsən rayonuna yağan güclü qar yağışı rayonda elektrik enerjisinin verilməsində problemlər yaradıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə dünən axşam saat 22:00 radələrindən başlayaraq Daşkəsən rayonuna güclü qar yağıb.
Gecədən başlayaraq bu saatlaradək rayon mərkəzi və 49 yaşayış massivində elektrik enerjisinjn verilməsində fasilələr yaşanıb.
Rayon mərkəzinə müxtəlif vaxtlarda elektrik enerjisi verilsə də qısa müddət sonra yenidən sönüb.Kənd və qəsəbələrdə isə ümumiyyətlə elektrik enerjisi olmayıb.
Hazırda rayonu elektrik enerjisi ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...