Daşkənddə “Bakı ayısı”nın iştirakı ilə baş vermiş insidentin görüntüləri yayıldı - VİDEO

Daşkənddə “Bakı ayısı”nın iştirakı ilə baş vermiş insidentin görüntüləri yayıldı - VİDEO
Hadisə 756

Daşkənddə qadının azyaşlı qızı ayının qəfəsinə atmasının görüntüləri yayılıb.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, yanvarın 28-də şəhər zooparkında baş vermiş insident xoşbəxt sonluqla bitib.

Belə ki, yırtıcı sadəcə körpəni iyləyərək çıxıb gedib. Zooparkın işçiləri uşağı xilas edə biliblər.

Qeyd olunub ki, Zuzu ləqəbli ayı 2017-ci ildə Bakı zooparkından Özbəkistanın paytaxtına aparılıb.

Bir çoxları vəhşi heyvanın azyaşlıya toxunmamasını, məhz elə onun “qafqaz mentaliteti”ylə, əsl qafqazlıların aqressiv deyil, rəhmli olması ilə izah ediblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər