Daş Güzdəkdəki bədbəxt hadisə: Karxanalarda təhlükəsizlik qaydaları necə pozulur?
Abşeron rayonunun Daş Güzdək qəsəbəsində yerləşən daş karxanalarından birində ölüm hadisəsi baş verib.
Belə ki, hadisə zamanı 65 yaşlı Cəlilabad rayon sakini Rabil Zərbəliyevin ayağı daş karxanasında istifadə olunan qurğuya düşüb.
Ağır xəsarət alan işçi xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Adıçəkilən ərazidə çoxsaylı karxanaların olması səbəbindən hadisənin baş verdiyi konkret müəssisənin müəyyənləşdirilməsi çətinləşib.
Baku TV əməkdaşının ərazidən hazırladığı reportaj zamanı daş karxanalarında iş şəraiti ilə bağlı ciddi problemlər də müşahidə olunub.
Ərazidə köhnə və istismar müddətini başa vurduğu ehtimal edilən qurğulardan istifadə edildiyi, bəzi elektrik naqillərinin isə açıq vəziyyətdə olduğu bildirilib.
Reportaj zamanı işçilərin istirahət etdiyi və qidalandığı şəraitin də qənaətbəxş olmadığı müşahidə edilib.
Həmçinin qeyd edilib ki, belə müəssisələrdə çalışan şəxslərin əmək müqaviləsi olmadan işlədilməsi ilə bağlı da suallar yaranır.
Bu isə işçilərin təhlükəsizliyi ilə yanaşı, bədbəxt hadisə zamanı məsuliyyət məsələsini də gündəmə gətirir.
Oxşar xəbərlər
Böyükşor gölündən buna görə pis qoxu gəlirmiş - RƏSMİ
14.08.2026-cı il tarixində Böyük Şor gölündə suyun yaşıl rəngə boyanmasının səbələrinin araşdırılması məqsədilə su nümunələri götürülüb və analiz aparılıb. BAK...