Dam örtüyünü dəyişərkən faciə baş verdi: Fəhlə hadisə yerində öldü

06
okt
2025
20:20
Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən kərpic zavodunda faciəli hadisə baş verib.
Belə ki, 1996-cı il təvəllüdlü Əfqan Babayev zavodun dam örtüyünü təmir edərkən ayağı sürüşərək yıxılıb və dünyasını dəyişib.
Zavodun məsul şəxsi Orxan Həsənzadənin sözlərinə görə, hadisə dam örtüyünün dəyişdirilməsi zamanı baş verib:
"Bütün təhlükəsizlik tədbirləri görülmüşdü. Kaskalar və kəndirlər mövcud idi. Hadisə işçinin məsuliyyətsizliyi nəticəsində baş verib. İstintaq prosedurları yekunlaşdıqdan sonra işçinin necə yıxıldığı dəqiqləşəcək".
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Bakıda yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib
Bakı şəhərinin Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisindən 9-cu mərtəbəsinə kimi şaxta boyunca 30 paq.m telefon və internet kabeli yanıb....
