Daha bir Vətən müharibəsi iştirakçısı vəfat etdi
29
sen
2024
20:42
Vətən müharibəsi iştirakçısı vəfat edib.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, Masallı rayon Ərkivan qəsəbə sakini, Vətən müharibəsi iştirakçısı, 1998-ci il təvəllüdlü Azər Rafiq oğlu Mirzəyev vəfat edib.
Azər Mirzəyev böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkirdi. O, bu gün müalicə aldığı Masallı Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Mərhum doğulduğu Ərkivan qəsəbəsinin Zeynoba məhəllə qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, Biləsuvarda da Vətən müharibəsi veteranı Cəlal Adıböyük oğlu Rəhimov bu gün ürəktutmadan vəfat edib.
Oxşar xəbərlər
İran Baş Prokurorluğundan XƏBƏRDARLIQ: "ABŞ və İsraili dəstəkləyənlərin əmlakları müsadirə ediləcək"
"İran Baş Prokurorluğu ABŞ və İsrailin İrana qarşı hərəkətlərini dəstəkləyən ölkə vətəndaşlarının bütün əmlakını müsadirə edəcək". BAKU.WS Oxu.az-a istinadən xə...