Daha bir qanunsuz tikintinin qarşısı alınıb - FOTO/VİDEO

Daha bir qanunsuz tikintinin qarşısı alınıb - FOTO/VİDEO
Foto Video
Hadisə 4

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakıda daha bir qanunsuz tikintinin qarşısını alıb.

FHN-dən BAKU.WS-ə verilən məlumata görə, Qaradağ rayonu, Salyan şosesi, 28-30-cu kilometr ünvanında “Caspian Survey and Vetting Services Ltd” MMC tərəfindən müvafiq icazəverici sənədlər olmadan 1000 kvadratmetr sahədə qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər