Daha bir Gəncə terrorçusu məhv edildi - Əməliyyatdan real VİDEO
28
iyl
2018
17:24
Gəncədə ictimai asayişi pozmağa cəhd göstərmiş daha bir nəfər zərərsizləşdirilib.BAKU.WS xəbər verir ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü qrupun fəal üzvlərindən daha biri Səmədov Fuad Tofiq oğlu zərərsizləşdirilib.Belə ki, iyulun 28-də Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı F.Səmədovun Samux şəhərində gizləndiyi yer müəyyən edilib.Onun tərksilah olunması və saxlanılması üzrə keçirilən xüsusi əməliyyat zamanı silahlı müqavimət göstərərkən cavab tədbiri olaraq məhv edilib.Hadisə yerində F.Səmədovun üzərindən "Makarov" tipli tapança aşkar edilib.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanın xüsusi xidmət orqanları daha bir terrorçunu məhv etdilər
İyulun 3-də və 10-da Gəncə şəhərində törədilmiş cinayət hadisələri ilə əlaqədar birgə həyata keçirilmiş intensiv və təxirəsalınmaz istintaq hərəkətləri və əməli...