Dağlıq yolda dərəyə aşan avtomobilin sərnişini ölüb: Baş Dövlət Yol Polisi İdarəsindən XƏBƏRDARLIQ

Dağlıq yolda dərəyə aşan avtomobilin sərnişini ölüb: Baş Dövlət Yol Polisi İdarəsindən XƏBƏRDARLIQ
Hadisə 66

Aprelin 24-ü saat 08:00-da Lerik rayonu Zenoni kəndi ərazisində "Ford Transit" markalı yük avtomobili əks hərəkət zolağına çıxaraq 90 metr dərinlikdə dərəyə aşıb.

BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, nəticədə xəsarət alan 67 yaşlı sürücü Elman Qasımov, eləcə də sərnişinləri - 59 yaşlı Zakirə Bəşirova və 68 yaşlı Rəsmiyyə Qasımova xəstəxanaya çatdırılsalar da, sonuncunun həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, hadisənin baş verməsinə səbəb dağlıq relyefə malik yolda sürət həddinin yol şəraitinə uyğun seçilməməsi və kəskin manevretmə göstərilir.

Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar dağlıq zonalarda analoji hadisələrə tez-tez rast gəlindiyini təəssüflə qeyd edir, bununla yanaşı sərt döngəli, enişli-yoxuşlu yollarda idarəetmə təcrübəsinin mühüm əhəmiyyət daşıdığını bir daha sürücülərin diqqətinə çatdırır, onları dağlıq ərazilərə səfərlər zamanı daha diqqətli olmağa, meteoroloji şəraiti, avtomobillərinin texniki xarakteristikasının keçəcəyi ərazinin relyefinə uyğun olub-olmamasını nəzərə almağa çağırır!

Son xəbərlər