"Dağlılar Balıq" restoranının fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Dağlılar Balıq restoranının fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB
Foto
Hadisə 82

Bakı şəhərinin Binəqədi rayonu, Novxanı bağları 679 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Niftəliyev Pərviz Şakir oğluna məxsus "Dağlılar Balıq" ictimai iaşə müəssisəsində yoxlama keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, baxış zamanı restoranda balıq və balıq məhsullarının baytarlıq sənədlərinin olmadığı, yararlılıq müddəti bitmiş qida məhsullarının istehlaka təqdim edildiyi aşkarlanıb:

"Eyni zamanda müəyyən olunub ki, obyektdə sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmur, texnoloji ardıcıllıq və mal qonşuluğu prinsipi pozulub, bəzi qida məhsulları birbaşa döşəmənin üzərində saxlanılır, soyuducularda rəflər korroziyaya uğrayıb, işçilər ilkin və dövrü tibbi müayinədən keçirilmir, müvafiq təmizlik işləri aparılmır. Həmçinin, digər nöqsanlar da aşkarlanıb.

Balıq məhsullarından nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə laborator müayinələr üçün göndərilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək qida obyektinin fəaliyyəti müvəqqəti dayandırılıb".

Son xəbərlər