Dağıstanın Azərbaycanla sərhəd rayonunda içməli sudan kütləvi zəhərlənmə olub
11
iyl
2025
14:46
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dağıstanın Azərbaycanla sərhəddə yerləşən Məhərrəmkənd rayonunda içməli sudan kütləvi zəhərlənmə olub.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, sudan dezinteriya olanların sayının 372-yə çatdığı, onlardan 357-sinin uşaq olduğu bildirilib.
Qeyd olunub ki, artıq 23 uşaq ambulator müalicə üçün xəstəxanadan buraxılıb. 97 nəfər xəstəxanada qalır.
Dağıstan Respublikasının İstintaq Komitəsi Mahərrəmkənd rayonu bələdiyyə mənzil-kommunal təsərrüfatı müəssisəsinin direktorunun saxlanıldığını açıqlayıb. O, təhlükəli xidmət göstərməkdə şübhəli bilinir.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....