Dağıstanda saxlanılan azərbaycanlılardan xəbər var
Yeniliklərdən dərhal xəbərdar olun
"Bu ilin iyununda Dağıstanın Kullar qəsəbəsində baş vermiş etiraz aksiyasından sonra saxlanılan vətəndaşlarımızın vəziyyəti daim Azərbaycan dövlətinin diqqətdədir".
Bu barədə BAKU.WS-ə Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, məlum hadisə zamanı saxlanılan – barələrində həbs qətimkan tədbiri seçilmiş və ya ev dustalığı qərarı verilmiş Azərbaycan vətəndaşlarının həm vəkillərlə təmin olunması, həm də maddi çətinliklərinin aradan qaldırılması üçün Dövlət Komitəsi öz imkanları və səlahiyyətləri daxilində müvafiq qurumlarla əməkdaşılıq çərçivəsində lazimi bütün addımları atır. Proses digər dövlət orqanları ilə informasiya mübadiləsi aparılmaqla daim nəzarətdə saxlanılır.
Komitənin məsul əməkdaşları Rusiyanın müxtəlif əyalətlərindən Dağıstan ərazisinə cəmlənmiş vətəndaşlarımızın ölkəyə qayıtmaq istəklərinin təmin edilməsinə dəstək vermək və qeyd edilən bu məsələ ilə əlaqədar dəfələrlə Dağıstana ezam olunub.
Bildiririk ki, Diasporla İş üzrə Dövlət Komitəsi və digər müvafiq dövlət qrumları vətəndaşlarımızın hüquqlarının qorunması, onların problemsiz ölkəmizə geri dönmələri üçün bundan sonra da lazım olan bütün zəruri tədbirləri həyata keçirəcək.
Oxşar xəbərlər
SON DƏQİQƏ: Azərbaycanda bir qrup vəzifəli şəxs həbs edildi - VİDEO
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb. BAKU.WS-ə daxil olan məlumatda deyilir: "Azərbaycan Respublikas...