Dağıstanda oğullarının hücumda iştirak etdiyi deyilən rayon rəhbəri saxlanıldı
Dağıstanın Serqoqala rayonunun rəhbəri Maqomed Omarov saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu məlumatı "İzvestiya" güc strukturlarındakı mənbəsinə istinadən yayıb.
RBK Maqomed Omarovun Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən sorğu-sual edildiyini yazır. Baza Telegram kanalı isə Omarovun evində axtarış aparıldığı məlumatını yayıb. Buna qədər Baza Mahaçqalada hücumda Maqomed Omarovun iki oğlunun iştirak etdiyi məlumatını yaymışdı.
İlkin məlumata görə, Osman və Adil hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışmada zərərsizləşdiriliblər. Bundan sonra "MK v Daqestane" Omarovun istefa verdiyini yazmışdı.
Oxşar xəbərlər
Azərbaycanda özünü təmtəraqla hazırlanmış mağardan asan bəyin atası DANIŞDI - VİDEO/YENİLƏNİB
Qazaxda toy axşamında özünü asaraq intihar edən bəyin ölümü ilə bağlı bəzi detallar məlum olub. Belə ki, oğlunun cansız bədənini atası İsmayıl Omarov aşkarlayıb...