Dağıstanda azərbaycanlı sürücü oğlunu təsadüfən avtomobillə vuraraq öldürdü
Rusiyada azərbaycanlı sürücü oğlunu təsadüfən avtomobillə vuraraq öldürüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Dağıstanda qeydə alınıb.
Beynəlxalq yükdaşımaları həyata keçirən Sabirabad rayonunun Çağırğan kənd sakini Şamil Şirinov idarə etdiyi iritonnajlı yük avtomobilini geriyə sürərkən 37 yaşlı oğlu, Camil Şamil oğlu Şirinov iki avtomobilin arasında qalaraq faciəli şəkildə ölüb.
Şamil Şirinov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Qeyd edək ki, ata və oğul hər ikisi beynəlxalq yükdaşıma həyata keçiriblər. Qəza zamanı onlar istirahət etmək üçün dayanıblarmış.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qəbiristanlıqda huşsuz vəziyyətdə tapılan kişi xəstəxanada öldü
Qaxda qəbiristanlıqda huşsuz vəziyyətdə tapılan kişi xəstəxanada ölüb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Qax şəhərindəki qəbiristanlıqda 1981-ci il təv...