Culfada mikroavtobus aşdı: 1 nəfər öldü

Culfada mikroavtobus aşdı: 1 nəfər öldü
Hadisə 64

Culfa rayonunda mikroavtobus aşıb, ölən və yaralananlar var.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 7-də saat 8 radələrində Culfa rayonunun Ərəzin kəndi ərazisində rayon sakini R.Abdullayev idarə etdiyi “Hyundai” markalı mikroavtobusu aşırıb. Nəticədə sərnişini Nərgiz Qədimbəyli hadisə yerində ölüb, digər 6 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Culfa Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər