Corat qəsəbəsində qaz təchizatında fasilə olacaq
24
okt
2025
11:27
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün mövcud qaz sayğaclarının yeni xəttin üzərinə köçürülməsi ilə əlaqədar Corat qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə olacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb.
Bildirilib ki, saat 12:00-dan etibarən məktəbin yanı - dördyol adlanan ərazidə aparılan işlər səbəbindən 500 abonentin qaz təchizatı işlər tamamlananadək dayandırılacaq.
Məlumatda qeyd edilib ki, qaz verilişinin bərpası işlər başa çatdıqdan dərhal sonra təmin olunacaq.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...