“Çöldə “ablava” edib girdim içəri” – Bakıda məşhur mağazanı soyan şəxs DANIŞDI – VİDEO
06
apr
2018
15:33
Paytaxtda elektron avadanlıqları satılan mağazaların birindən soyğunçuluq edilib.ARB TV xəbər verir ki, Nəsimi rayonu Moskva prospektində yerləşən mağazaya daxil olan naməlum şəxs orada satış üçün nəzərdə tutulan 2 ədəd hər birinin qiyməti 1800 və 1600 manat olan “Samsung” markalı mobil telefon götürərək hadisə yerindən qaçıb.Hadisə barədə Nəsimi Rayon Polis İdarəsinə məlumat daxil olan kimi yaradılan əməliyyat-istintaq qrupu tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Yusif Sadıqov saxlanılıb.İlkin ifadəsi zamanı saxlanılan şəxs törətdiyi əməli etiraf edib və ələ keçirdiyi mobil telefonları satdığını bildirib: “Birinci “ablava”ya çıxdım. Girdim “Kontakt” dükanına. 2 telefon götürdüm, sonra qaçdım. Birini 28 mayda 420 manata, o birini də Nərimanovda 700 manata satdım”.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nəsimi RPİ-nə müraciət edə bilərlər.BAKU.WS
Oxşar xəbərlər
DİQQƏT! - Bu şəxs sizə "pul atıbsa" DİN-ə zəng edin
Bakıda elektron avadanlıqlar satılan mağazalardan birindən 1800 və 1600 manatlıq 4 ədəd mobil telefon oğurlayan şəxs saxlanılıb.Daxili İşlər Nazirliyinin Mətbua...