Yük avtomobili aşdı, "Coca-cola" içkiləri ətrafa səpələndi - VİDEO

30
dek
2019
09:54
Bakı-Qazax magistral yolunun Kürdəmir rayon ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Hadisə zamanı "Coca-cola" şirkətinə məxsus yük avtomobilinin sürücüsü idarəetməni itirərək eyni istiqamətdə hərəkətdə olan digər yük maşını ilə toqquşub.
Qəza zamanı hər iki yük maşını aşıb. "Coca-cola" şirkətinə məxsus avtomobildəki içkilər ətrafa tökülüb.
Yük maşınlarını idarə edən sürücülərin xəsarət aldığı deyilir.
Oxşar xəbərlər
Azərbaycanda DƏHŞƏTLİ QƏZA - TIR aşdı, yaralılar var -VİDEO
Bakı-Ələt-Astara yolunda ağır qəza baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, hadisə Cəlilabad rayonu ərazisində qeydə alınıb...
