Çində sabiq məmur 324 milyon dollarlıq korrupsiya işi üzrə ölüm cəzasına məhkum edilib
Çində məhkəmə Nankindən olan sabiq yüksəkvəzifəli yerli məmur Yan Yulini 324 milyon dollarlıq korrupsiya işi, eləcə də çirkli pulların yuyulması və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə ölüm cəzasına məhkum edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Çançjou Aralıq Xalq Məhkəməsindən bildirilib.
Bəyanatda qeyd olunub ki, sabiq məmur 1993-cü ildən 2023-cü ilə qədər müxtəlif dövlət vəzifələrində çalışarkən qanunsuz olaraq ümumi məbləği 2,2 milyard yuandan (324 milyon dollar) çox olan pul vəsaiti və əmlak əldə edib.
"Yan Yulin öz günahını etiraf edib", - məhkəmənin bəyanatında vurğulanıb.
Oxşar xəbərlər
Bakıda bələdiyyə sədri BIÇAQLANIB: İşçisi HƏBS EDİLİB
Bakı şəhərinin Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyevi bıçaqlayan şəxs həbs edilib. BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, 2002-ci ildə Yevlax...