Çin avtomobillərində UCUZLAŞMA
Yeniliklərdən dərhal xəbərdar olun
Avtomobil bazarını ələ alan Çin maşınlarında ciddi ucuzlaşma müşahidə olunur. Elan saytlarına nəzər saldıqda bu avtomobillərin son 2 ayda 4 min manata yaxın ucuzlaşdığı görünür. Ekspertlər bunu müxtəlif amillərlə əlaqələndirirlər.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, nəqliyyat eksperti Yasin Mustafayev bildirir ki, hazırda ölkəyə gətirilən Çin avtomobillərinin 70 faizdən çoxu qeyri-rəsmi idxalçılar tərəfindən gətirilir. Yalnız 30 faizi isə rəsmi dilerlər vasitəsilə, birbaşa zavoddan və zəmanətlə satılır. Qeyri-rəsmi idxalçılar arasında rəqabət o qədər güclənib ki, bu da günü-gündən qiymətlərin enməsinə səbəb olur.
Yasin Mustafayev bildirir ki, belə avtomobillərə zəmanət verilmir. Bu səbəbdən də nəqliyyat vasitəsində olan hər hansı zavod qüsuru və ya nasazlığın xərcini avtomobil sahibi özü qarşılamalı olur.
Ətraflı videomaterialda:
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...