Cibgirlik edən şəxs ƏLƏ KEÇDİ: "Bu, həyat tərzimdir" - FOTO

Cibgirlik edən şəxs ƏLƏ KEÇDİ: Bu, həyat tərzimdir - FOTO
Hadisə 120

Metropolitendə Polis Şöbəsininin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində metronun “İnşaatçılar” stansiyasında cibgirlik yolu ilə iki və daha artıq şəxsdən oğurluq etməkdə şübhəli bilinən 47 yaşlı Rəhim Qasımov tutulub.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Araşdırmalarla onun daha çox ictimai nəqliyyatda fəaliyyət göstərdiyi məlum olub. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müracət etmələri tövsiyə olunur.

Polisə özünü istedadlı cibgir kimi təqdim edən R.Quliyev cibgirlik peşəsinin onun həyat tərzi olduğunu bildirib.

Araşdırmalar davam etdirilir.

Cibgirlik edən şəxs ƏLƏ KEÇDİ:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər