İçki məclisində baş verən qanlı hadisənin TƏFƏRRÜATLARI
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuz rayonu, Düz Qırıqlı kəndində 1977-ci il təvəllüdlü Azər Rzayevin bıçaqlanması ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisəni 1978-ci il təvəllüdlü Məmmədov Ayaz Cəmil oğlu törədib.
Həmin şəxs hadisədən sonra gizlənib. Lakin Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə Ayaz Məmmədov tutularaq istintaqa təhvil verilib.
İlkin məlumata görə, hadisə zamanı Ayaz Məmmədov içkili halda olub və hadisədən qabaq içki məclisində iştirak edib.
Hər iki şəxsin bir kənddə yaşadığı və daha əvvəllər aralarında mübahisə düşdüyü deyilir.
Ayaz Məmmədov həmçinin Rusiyada məhkumluq həyatı yaşayıb.
Məlumat üçün bildirək ki, hadisə zamanı Azər Rzayev ürək və kürək nahiyəsindən iki bıçaq zərbəsi alıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Arvadını kənddə qonşu kişi ilə tutdu və ... - Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ
Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publik...