Çimərlikdə ölümlə üzləşən qadın xilas olundu - VİDEO

Çimərlikdə ölümlə üzləşən qadın xilas olundu - VİDEO
Video
Hadisə 149

Bakıda bir qadın çimərlikdə ölümlə üzləşib.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, “112” qaynar telefon xəttinə Sabunçu rayonu Qızılqum çimərliyi ərazisində 1 nəfər qadının dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Hadisə ilə əlaqədar dərhal həmin əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Qızılqum” dalğıc-axtarış qrupu cəlb edilib.

Keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1974-cü il təvəllüdlü vətəndaş dalğıclar tərəfindən xilas edilərək həkim briqadasına təhvil verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər