Çimərlikdə avtoxuliqanlıq edən şəxs 15 sutka həbs edildi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Çimərlikdə təhlükəli manevrlər edən nəqliyyat vasitəsinin sürücüsünə Xəzər rayon məhkəməsi tərəfindən 15 sutka inzibati həbs təyin olunub
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib:
“Ötən gün avtoxuliqanlıq edən şəxslə bağlı qərar qəbul edildi. Xəzər Rayonu Dövlət Yol Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, barəsində 511-ci maddənin 3-cü bəndinə uyğun olaraq protokol açılıb. Xəzər rayonu məhkəməsi tərəfindən ona 15 sutka inzibati həbs seçilib. Şəxs bir il müddətinə sürücülük hüququndan məhrum edilib”.
Xatırladaq ki, ötən gün Xəzər sahilindəki çimərliklərin birində təhlükəli anlar yaşanıb. Bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülərdə bir nəfərin ağ rəngli VAZ-21074 markalı avtomobili ilə insanların istirahət etdikləri məkanda avtoxuliqanlıq etdiyi əks olunub.
Həmin görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Çimərlikdə insanların həyatını təhlükəyə atan avtoxuliqan cəzalandırıldı - YENİLƏNİB - VİDEO
Çimərliklərin birində təhlükəli manevrlər edən nəqliyyat vasitəsinin sürücüsünə protokol tərtib edilib. Bu barədə Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsin...