Ceyhun Beyləqanskini idman zalında güllələməkdə şübhəli bilinən şəxslər tutuldu

Ceyhun Beyləqanskini idman zalında güllələməkdə şübhəli bilinən şəxslər tutuldu
Hadisə 258

Türkiyənin İstanbul şəhərində Azərbaycan vətəndaşı Ceyhun Beyləqanskini tapança ilə öldürməkdə şübhəli bilinən 2 azərbaycanlı həbs edilib.

BAKU.WS Türkiyə mətbuatına istinadla xəbər verir ki, sentyabrın 2-də 33 yaşlı Ceyhunun ölümü ilə nəticələnən silahlı insidentlə bağlı araşdırma aparılıb.

Hadisədən sonra qaçan 2 şübhəli - azərbaycanlı 35 yaşlı A.Zeynal və 29 yaşlı G.Yadigar təqibdən sonra məhəllədə mühafizəçilər tərəfindən yaxalanıb.

Həmçinin hadisə yerindən 2 tapança, 4 güllə və 9 boş giliz götürülüb.

Onlar zərərçəkmişlə aralarında borc problemi olduğunu, telefonla mübahisə etdiklərini, daha sonra Ceyhunun olduğu idman zalına gedərək hadisəni törətdiklərini bildiriblər.

Məhkəməyə göndərilən 2 şübhəli haqqında həbs qətimkan tədbiri seçilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər