Çevrilişin sifarişçisi olduğu deyilən şəxs danışdı: "Türkiyə üçün Allaha dua edirəm"
Fətullah Gülən ötən gün Türkiyədə baş verən qiyamla bağlı danışıb.
BAKU.WS xarici KİV-ə istinadən məlumat verir ki, Gülən Türkiyədə baş verən hərbi çevrilişi qınayıb və bunun demokratiyaya zid bir addım olduğunu bildirib:
"Türk vətəndaşları və Türkiyə üçün Allaha dua edirəm. Türkiyədə baş verənlərin tez bir zamanda sülh yolu ilə həll olunmasını arzulayıram. Hökumət azad və ədalətli seçki prosesi ilə hakimiyyətə gəlməlidir, çevriliş yolu ilə yox.
Demokratiyaya edilən hər cür qiyamı pisləyirik. Bir müddətdir ki, zəifləmiş demokratiyamız əfsuslar olsun ki bir daha dərin yara aldı”,- deyə o, qeyd edib.
AKP hakimiyyəti isə baş qiyamda Fətullah Güləni ittiham edir.
F. Gülən ona yönəlmiş ittihamlara da cavab verib:
"Olduqca qəribə olan bu qiyam təəssüf ki, ölkədə üç ildən bəri yaşanan "hizmətçi ovu”na yeni bir mərhələ gətirmək istəyənlər üçün yeni fürsətdir. Elə buna görə də ilk dəqiqələrdən etibarən prezident Ərdoğanın və hökumətin bu çevrilişdə xidmət hərəkatını günahlandırması narahatlığımızın doğru olduğunu göstərdi”.
BAKU.WS
Oxşar xəbərlər
Türkiyədə çevrilişdə ittiham olunan 1563 hərbçi həbs olundu
Türkiyədə baş verən hərbi çevrilişdə həbs olunanların sayı artıb. BAKU.WS məlumat verir ki, bu saata olan rəsmi məlumatlara görə 1563 hərbçi həbs edilib. Həbs...