Cəmilə Türkiyədə imiş...
07
apr
2021
20:47
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bir həftə əvvəl Abşeron rayonu, Xırdalan şəhərində yaşadığı evdən çıxaraq itkin düşən 30 yaşlı Cəmilə Əliyevanın yeri müəyyən olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, C.Əliyevanın itkin düşməsi ilə bağlı yaxınlarının müraciəti əsasında araşdırma aparılıb.
Araşdırma nəticəsində məlum olub ki, Əliyeva Cəmilə Tehran qızı aprelin 1-də ölkə hüdudlarını tərk edərək Türkiyəyə gedib.
Qeyd edək ki, C.Əliyevanın bacısı Elnarə Arı bacısının "Məni axtarmayın" qeydinin ona məxsus olmadığını iddia etmişdi.
Oxşar xəbərlər
Bacısını xüsusi amansızlıqla qətlə yetirdi - VİDEO
2019-cu il noyabrın 24-də Yasamal RPİ 29-cu PŞ-nə könüllü təslim olan Babək Fərzalıyev (1996-cı il təv.) Ceyranbatan qəbiristanlığında bacısının başını kəsdiyin...