Cəlilabadda avtomobil ağaca çırpılıb, 18 yaşlı oğlan ölüb

Cəlilabadda avtomobil ağaca çırpılıb, 18 yaşlı oğlan ölüb
Hadisə 125

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Maşlıq kəndinin ərazisində qeydə alınıb.

1979-cu il təvəllüdlü Mahir Nəzərovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetməni itirərək ağaca çırpılıb.

Nəticədə avtomobildə olan sərnişinlər - 1980-ci il təvəllüdlü Səbuhi Ələmov və 2002-ci il təvəllüdlü Tural Kərimov xəsarətlərlə Cəlilabad rayon Diaqnostika Mərkəzinə çatdırılıblar. Yaralılardan T. Kərimov xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər