Cəlilabadın sabiq icra başçısı həbs edildi

Cəlilabadın sabiq icra başçısı həbs edildi
Hadisə 255

Səbail rayon Məhkəməsində Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

BAKU.WS “report”a istinadən xəbər verir ki, istintaq orqanının təqdimatına hakim Azər Tağıyevin sədrliyi ilə baxılıb və təmin edilib.

Qeyd edək ki, Namiq Zeynalov külli-miqdarda mənimsəmə və külli-miqdarda rüşvət almaqda təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli-miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığ) maddələri ilə ittiham verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər