Cəlilabadın Masallı ilə inzibati sərhədində taxıl sahələri yanıb, magistral su kəməri zədələnib

Cəlilabadın Masallı ilə inzibati sərhədində taxıl sahələri yanıb, magistral su kəməri zədələnib
Hadisə 60

Cəlilabadın Masallı ilə inzibati sərhədində taxıl sahələri yanıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, yanğın əvvəlcə Masallı rayonunun Güllütəpə kəndi ərazisində yerləşən biçilmiş taxıl sahələrindən başlayıb. Sonra yanğın Cəlilabad rayonunun Həziabad kəndi ərazisindəki biçilmiş taxıl sahələrinə yayılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub, yanğın söndürülüb.

Hadisə nəticəsində Cəlilabadın Həziabad kəndi ərazisində 15 hektara yaxın biçilmiş taxıl sahəsinin yandığı bildirilir. Həmçinin yanğın zamanı Cəlilabad rayonunu içməli su ilə təmin Viləşçay su anbarından çəkilən magistral su kəməri də zədələnib. Hazırda kəmərdən içməli su ətraf əraziyə axır. Su kəmərinin bərpa olunması istiqamətində işlər aparılır.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda dönərxanada YANĞIN başlayıb

Bakıda dönərxanada YANĞIN başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, metronun "Sahil" stansiyasının yaxınlığında dönərxanada yanğın baş ver...

85 Hadisə 22:59 18 yanvar 2026

Son xəbərlər