Cəlilabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
04
iyn
2026
14:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabad rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə köhnə Ələt–Astara yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.
"Zil" markalı yük avtomobili ilə "Kia" markalı minik avtomobil toqquşub.
Qəza nəticəsində yük maşını idarəetməni itirərək aşıb. Hadisə nəticəsində 4 nəfərin yaralandığı bildirilir.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...