Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
Foto
Hadisə 4

Cəlilabad rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayonun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "VAZ-2106" markalı minik avtomobilinin maneyə çırpılması nəticəsində ən azı 3 nəfər xəsarət alıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər