Cəlilabadda yanğın baş verən məscidə baxış keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabad rayonunun Dələli kəndində yerləşən məsciddə baş verən yanğının səbəbləri araşdırılır.
"Report"un Muğan bürosunun məlumatına görə, Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov və din xadimlərinin iştirakı ilə məscidə baxış keçirilib.
Hadisəsinin araşdırılması və tədbir görülməsi üçün aidiyyəti orqanların nümayəndələrinə xüsusi tapşırıqlar verilib.
Qeyd olunub ki, yanğının səbəblərinin araşdırılması xüsusi nəzarətə götürülüb.
Qeyd edək ki, mayın 16-da Dələli kəndindəki ziyarətgahın məscid hissəsində yanğın olub. Nəticədə məscidin dam örtüyü yanıb.
Oxşar xəbərlər
Cəlilabadda məscid yandı - VİDEO
Bu gün Cəlilabad rayonunda yanğın hadisəsi baş verib. BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Dələli kəndində qeydə alınıb. Belə ki, kən...