Cəlilabadda mebel fabrikinin fəaliyyəti dayandırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabadda mebel fabrikinin fəaliyyəti dayandırılıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən "Woodpecker" mebel fabrikində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən "Woodpecker" mebel fabrikinin istehsal sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...