Cəlilabadda marşrut avtobusu qəzaya uğrayıb

Cəlilabad rayonunda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, qəza Cəlilabad-Uzuntəpə kənd yolunda qeydə alınıb.
Məlumata görə, rayon mərkəzinə sərnişin daşıyan "Mercedes" markalı marşrut avtobusu hərəkətdə olarkən qəfil qarşısına çıxan "Lada-Priora" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsi ciddi zədələnib.
Qəzada sərnişinlərdən biri, 65 yaşlı Hüseynova Lalə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qəza ilə əlaqədar TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 26 fevral 10:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 1960-cı il təvəllüdlü qadın Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona döş qəfəsinin və baldırın küt travması, üzün çoxsaylı sıyrılmış yaraları diaqnozu təyin edilib.
Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.
Oxşar xəbərlər
Bakıda daha iki nəfər spirtdən zəhərlənib öldü - TƏBİB-dən AÇIQLAMA
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə fevralın 24-də saat 10-da Sabunçu rayonu, Məmmədyarov 28 ünvanından huşun itməsi səbəbilə, fevralın 2...
